0
Thursday 25 March 2021 - 11:41

Avropa Birliyi və ABŞ Çinlə bağlı dialoqlara başlayır

Story Code : 923335
Avropa Birliyi və ABŞ Çinlə bağlı dialoqlara başlayır
APA TASS-a istinadən xəbər verir ki, bunu AB diplomatiyasının rəhbəri Jozep Borrell ABŞ dövlət katibi Entoni Blinkenlə Brüsseldə aparılan danışıqların yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

“AB və ABŞ arasında Çin üzrə dialoqu işə salmağı qərara aldıq. Bu, geniş sahəli çağırışları və imkanları müzakirə etmək üçün bir platforma olacaq”, - Borrell belə deyib.

Onun sözlərinə görə, tərəflər mütəmadi olaraq mütəxəssislər və yüksək səviyyəli rəsmi şəxslər səviyyəsində dialoq aparacaqlar: “Biz iqtisadi məsələləri, insan haqlarını, təhlükəsizliyi və Çinlə iqlim dəyişikliyi kimi konstruktiv əməkdaşlıq sahələrini müzakirə edəcəyik”.