0
Monday 29 March 2021 - 23:04

Çin: ABŞ bizimlə müsəlman dünyası arasında uçurum yaratmağa çalışır

Story Code : 924164
Çin: ABŞ bizimlə müsəlman dünyası arasında uçurum yaratmağa çalışır
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq Twitter-də ABŞ və bəzi Avropa ölkələrinin özlərinin əsil həqiqətdə müsəlmanlara əhəmiyyət vermədiklərini, amma Çini bədnam etmək üçün Uyğur müsəlmanları məsələsindən istifadə etdiklərini bildirib.

Sözçü bu mövzudan sui-istifadə ilə Qərbin Çin ilə müsəlman dünyası arasında nifaq salmağa çalışdığını yazıb.

Hua Çunyinq bildirib ki, terrorizmlə mübarizə bəhanəsi ilə müsəlman ölkələrə hücum edən, bu ölkədəki müsəlmanları qətliam edən ABŞ bu gün Çinə təzyiq məqsədi ilə Çindəki Uyğur müsəlmanların hüquqlarının pozulduğunu iddia edir.