0
Tuesday 6 April 2021 - 23:03

Vyana görüşü ABŞ və İranın HBFP öhdəliklərinə dönməsi ilə sonuclanmalıdır

Story Code : 925716
Vyana görüşü ABŞ və İranın HBFP öhdəliklərinə dönməsi ilə sonuclanmalıdır
Fransa Xarici İşlər Nazirliyinin sözçüsü, Vyanada HBFP sazişi ilə bağlı davam edən nüvə danışıqlarının sonunda İran və ABŞ-ın HBFP sazişində qeyd olunan öhdəliklərinə tam geri dönməsinin lazım olduğunu söyləyib.

Fransa Xarici İşlər Nazirliyinin saytında yer alan məlumata görə, Fransa XİN sözçüsü Vyanada davam edən danışıqlar barədə deyib: "Fransa xarici işlər naziri 3 aprel tarixində iranlı həmkarına bildirdiyi kimi, Fransa Vyanada nüvə danışıqlarının bərpasını alqışlayır. Bu müzakirələr tez bir zamanda İran və ABŞ-ın nüvə anlaşmasında qeyd olunan öhdəliklərinə dönməsinə gətirib çıxaracaq bir razılığa səbəb olmalıdır."

Fransa xarici işlər naziri Jan İv Le Drian şənbə günü səhər İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə telefon bağlantısı da yaratmışdı.