0
Tuesday 13 April 2021 - 22:53

ABŞ İranın uranı 60 faizədək zənginləşdirməsinə münasibət bildirdi

Story Code : 927044
ABŞ İranın uranı 60 faizədək zənginləşdirməsinə münasibət bildirdi
Mətbuat konfransı zamanı Cen Psaki deyib: "Hədəfimiz diplomatik yolla, danışıqlar yolu ilə İranla anlaşma əldə etməkdir və bu hələ də belə davam edəcək."

Ağ Ev sözçüsü, İranın uranı 60 faizədək zənginləşdirməyə başlamasını bu ölkənin Vyana danışıqlarına önəm verməməsi kimi dəyərləndirib və bu addımın Vyana danışıqlarının ciddiliyini şübhə altına atdığını iddia edib.

Qeyd edək ki, İran İslam Respublikası açıq şəkildə vurğulayıb ki, ABŞ dəfələrlə imzaladığı sənədlərə, verdiyi sözlərə əməl etmədiyindən, artıq İran ABŞ-ın rəftarlarında dəyişikliyi müşahidə etmədən, heç bir güzəştə getməyəcək.