0
Monday 19 April 2021 - 16:01

Rus diplomat: İranın nüvə sazişi ilə bağlı ilkin razılaşma sənədi hazırlanacaq!

Story Code : 928076
Rus diplomat: İranın nüvə sazişi ilə bağlı ilkin razılaşma sənədi hazırlanacaq!
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov bildirib ki, İranla 5+1 arasında imzalanmış HBFP nüvə sazişinin bərpası üçün keçirilən danışıqlarda yeni bir mərhələyə qədəm qoyulub.

Ulyanov Twitter səhifəsində yazıb: "HBFP sazişinin bərpası üçün keçirilən iki həftəlik müzakirələrin nəticələrini nəzərdən keçirdikdə tam razılıqla, deyə bilərik ki, müzakirələr artıq ilkin razılaşma sənədinin hazırlanma mərhələsinə çatıb."

O, əlavə edib: "Hələ ki, tərəflərin öhdəliklərini praktik olaraq həyata keçirməsinə bir qədər zaman var. Amma müzakirələrdən sonra müəyyən hədəflərə doğru irəliləmək üçün konkret addımlar atılması ilə bağlı razılığa gəldik."