Çin prezidenti: ABŞ-ın dünyadakı hegemonluğuna son qoyulmalıdır
Story Code : 928283
Reuters xəbər verir ki, Si Cinpinq ABŞ və Avropa daxil olmaqla bəzi ölkələrin digər dünya ölkələri üçün maneələr yaradaraq, parçalanmalara səbəb olmasını tənqid edib. O bildirib ki, bu yanaşma heç kimə fayda vermir və sadəcə digər ölkələrə zərbə vurur.
Çin prezidenti Amerikaya müraciətlə istehzalı bir açıqlamada deyib: “Dünya hegemonluq deyil, ədalət istəyir. Böyük bir ölkə özündən daha çox məsuliyyətli davranışlar sərgiləməklə böyük bir ölkəyə bənzəməlidir, başqalarına hakim olmaqla deyil!"