0
Sunday 25 April 2021 - 13:49

ABŞ polisindən şok cinayət göstəricisi

Story Code : 929174
ABŞ polisindən şok cinayət göstəricisi
Associated Press xəbər verir ki, Corc Floydu vəhşicəsinə, boğaraq qətlə yetirməkdə təqsirli bilinən polis məmuru Derek Çauvinə məhkəmə tərəfindən cəza verilməsi bəzilərinin dərdlərini sakitləşdirsə də, bu mühakimədən cəmi 24 saat sonra daha altı nəfər Amerika polisi tərəfindən qətlə yetirildi. Polisin növbəti cinayətləri Amerika xalqının ədalətin bərpası və zorakılığa son qoyulması tələbi ilə yeni aksiyalar keçirməsinə səbəb olub.

Mekaya Brayant adlı 16 yaşlı qaradərili qız da polis məmuru Corc Floyda hökm oxunmazdan az əvvəl Kolumbusda polis tərəfindən qətlə yetirilib. Bu qətl Kolumbusda ciddi etirazlara səbəb olub.