0
Wednesday 28 April 2021 - 09:45

Əfqanıstanda 130-dan çox talibançı öldürüldü

Story Code : 929655
Əfqanıstanda 130-dan çox talibançı öldürüldü
Əfqanıstanın müxtəlif əyalətlərində “Taliban” hərəkatının 135 döyüşçüsü öldürülüb.

AzNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Əməliyyatlar Laqman, Lohar, Qəzni, Vardak, Herat, Qor, Faryab, Balx, Bağlan, Tahar, Kunduz, Gülmend və Qəndəhar əyalətlərində keçirilib.

Məlumata görə, ümumilikdə 135 talibançı öldürülüb, 92-si yaralanıb.

Təhlükəsizlik qüvvələri, həmçinin yolun kənarlarında quraşdırılmış 72 bombanı zərərsizləşdirib.

“Taliban” hələ məlumatı şərh etməyib.