0
Wednesday 5 May 2021 - 12:22

İşğalçı İsrail Suriyada mülki insanları hədəf aldı, ölən və yaralananlar var

Story Code : 930877
İşğalçı İsrail Suriyada mülki insanları hədəf aldı, ölən və yaralananlar var
SalamNews SANA-a istinadla xəbər verir ki, İsrailin hərbi təyyarələri ötən gecə Suriya sahilinə bir neçə dəfə hava zərbələri endirib.

Havadan Müdafiə sistemləri hərəkətə keçərək raketlərin bəzisini zərərsizləşdirib.

Lakin hədəfə çatan raketlər azı bir mülki şəxsin ölümü və altı nəfərin yaralanması, eləcə də maddi ziyanlara və dağıntılara səbəb olub.

Yaralıların biri qadın və biri uşaqdır.

Məlumata görə, Laziqiyanın cənub-qərbində bir plastik sexi dağıntılara məruz qalıb.