0
Saturday 8 May 2021 - 12:52

İraq ordusu ABŞ bazasına hücumu təsdiqlədi

Story Code : 931494
İraq ordusu ABŞ bazasına hücumu təsdiqlədi
İraq Ordusuna bağlı informasiya mərkəzi bu gün Əl-Ənbar vilayətindəki ABŞ-ın Eynül-Əsəd hava bazasına hücum edildiyini təsdiqləyib.

Shafaq News-un məlumatına görə, İraq rəsmilərinin açıqlamasında deyilib: "Bu gün bir intihari PUA yerli vaxtla saat 02:30-da Əl-Ənbar vilayətindəki Eynül-Əsəd hava bazasına daxil olub..."

ABŞ-ın İraqdakı Koalisiyasının sözçüsü Veyn Maruto da Twitter-də Eynül-Əsədə hücumu təsdiqləyib. O hücum zamanı kimsənin xəsarət almadığını, amma təyyarə anqar sisteminə zərər toxunduğunu söyləyib.

Qeyd edək ki, KİV gecə saatlarında ABŞ bazasında partlayışdan sonra bazada həyəcan siqnallarının işə düşdüyünü xəbər vermişdi.