0
Saturday 15 May 2021 - 00:07

Amerikalı konqresmen: “Pulumuz İsrail rejiminin işğalına xərclənməməlidir”

Story Code : 932558
Amerikalı konqresmen: “Pulumuz İsrail rejiminin işğalına xərclənməməlidir”
Deyerler.org xəbər verir ki, Cori Anika Buş Twitter-də Vaşinqtonun İsrail rejiminə verdiyi dəstəyi tənqid edib.

“Qaraların həyatı uğrunda mübarizə ilə Fələstinin azadlığı uğrunda mübarizə bir-birinə bağlıdır. Pulumuzu hərbi polisə, işğala, repressiya sisteminə və zorakılığa xərcləməyin əleyhinəyik. Biz həm işğala, həm də aparteidə qarşıyıq”.

ABŞ-ın Nümayəndələr Palatasındakı İndiana ştatından olan nümayəndəsi Endryu Karson Twitter-də yazıb ki, ABŞ təsirlərindən fələstinlilərin hüquqlarını qorumaq üçün istifadə etmək və davamlı sülh üçün çalışmaq lazımdır.