Ray Al-Youm qəzeti yazıb:
"ABŞ Prezidenti Co Bayden sabiq prezident Donald Trampın siyasi hədəflərə hesablanmış yalanlarını təkrarlayır. Sabiq yalançı prezident Tramp da ortada heç bir elmi dəlil olmadan Çinin Vuhan şəhərindəki laboratoriyaların Covid-19 virusunun mənbəyi olduğunu iddia etmişdi. Bu iddia yalnız siyasi məqsədlərlə, ABŞ və Çin arasındakı Soyuq Müharibə səbəbindən ortaya atılıb."
Əl-Youm qəzetində bugün dərc olunan məqalədə ABŞ-ın etibarsızlığına toxunularaq bildirilir:
"Bir ərəb atalar sözündə deyilir: Hökumət iflas edəndə köhnə vərdişlərinə geri dönür. Bəlkə də bu atalar sözü indi Co Baydenin Demokrat hökuməti və Çinə qarşı amansız təbliğatı ilə bağlı ən uyğun fikirdir."