0
Sunday 21 August 2011 - 23:20

İsrailin Misirdəki səfirliyinin bayrağı yandırıldı

Story Code : 93631
İsrailin Misirdəki səfirliyinin bayrağı yandırıldı
İsrailin Misirdəki səfirliyinin bayrağı yandırıldı
İsrailin Qahirədəki səfirliyi qarşısında 5 misirli polisin ölümü ilə əlaqədar olaraq keçirilən etiraz aksiyası davam edir. Anspress-in BBC-yə istinadən verdiyi xəbərə görə, nümayişçilərdən biri səfirliyin yerləşdiyi binanın üstünə çıxaraq yəhudi dövlətinin bayrağını oradan çıxardıb və yerinə Misir bayrağı sancıb.

İsrailin Qahirədəki səfirliyi qarşısında cümə günündən başlayaraq etiraz nümayişi keçirilir. Aksiyada minə yaxın insan iştirak edir. Onlar Misir-İsrail sərhədində beş sərhədçinin həlak olmasından hiddətləniblər.

Avqustun 18-i axşam Sinay yarımadasında 5 Misir polisi həlak olub. Misir tərəfinin məlumatına görə, onlar Misirlə sərhəddə işğalçı İsrail vertolyotunun açdığı atş nəticəsində həlak olublar. /Milli.Az/
Comment