0
Sunday 21 August 2011 - 23:53

Aviaşouda faciə

Story Code : 93640
Aviaşouda faciə
Aviaşouda faciə
Britaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Dorset Qraflığının Bornmut şəhərində qəzaya uğrayıb. Hadisə ötən gün bu şəhərdə keçirilən aviaşou zamanı baş verib. Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi Assoşieyted Press agentliyinə müsahibəsində bildirib ki, hadisə ilə əlaqədar araşdırma aparılır. İlkin məlumata əsasən, qəza nümunəvi uçuşlardan əvvəl baş verib. Təyyarə Britaniya HHQ-nin "Red Arrows" - "Qırmızı Oxlar" komandasına məxsusdur. Qırmızı rəngli "Gnat t.1" təyyarələri 9 nəfər heyət tərəfindən idarə olunur. 1965-ci ildə yaradılmış komanda 53 ölkədə 4 mindən çox uçuş nümayiş etdirib.
Comment