0
Wednesday 9 June 2021 - 22:48

Avropa troykası: "HBFP" sazişi"nə tam sadiqik

Story Code : 937217
Avropa troykası: "HBFP" sazişi"nə tam sadiqik
İngiltərə, Fransa və Almaniya, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İdarə Heyətinin iclasında İranla imzalanmış nüvə anlaşmasına sadiq olduqlarını dilə gətiriblər. Onlar Tehranın MAQATE qarşısında öhdəliklərini pozacağı ehtimalına görə narahat olduqlarını iddia ediblər.

Üç ölkənin müştərək bəyanatında deyilir:
"Avropa üçlüyü olaraq HBFP sazişinə tam sadiqik, çünki onun tam şəkildə icra olunması ümumi təhlükəsizliyimizlə bağlı maraqlarımıza cavab verir. Bu səbəbdən Vyanada Vaşinqtonun nüvə anlaşmasına qayıtması və İranın öz öhdəliklərinə tam əməl etməsi ilə bağlı danışıqları tam dəstəkləyirik."