0
Tuesday 15 June 2021 - 15:21

İsrail rejimi yeni təxribata hazırlaşır

Story Code : 938166
İsrail rejimi yeni təxribata hazırlaşır
Deyerler.org xəbər verir ki, sionist rejimin “Maariv” qəzetinin yazdığına görə, irqçi İsrail rejiminin polisi, sabah keçiriləcək “Bayraq yürüşü” üçün Qüdsün Bab Əl-Amud bölgəsinə göndərilib.

Xəbərlərdə, irqçi rejimin mülki geyimli qüvvələrinin də sabah sionist yerləşənlər tərəfindən keçiriləcək “Bayraq yürüşü” zamanı fələstinlilərlə mümkün qarşıdurmalar üçün Bab Əl-Amuda göndərildiyi bildirilib.

HƏMAS-ın sözçüsü Əbdüllətif Əl-Kanu bildirib ki, sabah radikal sionistlər tərəfindən keçiriləcək “Bayraq yürüşü”nün başlaya biləcək qığılcım olacaq, və onlar Qüdsdə həmçinin işğal olunmuş digər ərazilərdə fələstinliləri sionist yerləşənlərə qarşı durmağa hazırdırlar.

Palinfo-nun hesabatına əsasən, İslami Cihad da mövzu ilə əlaqədar bəyanat yayaraq, İsrail rejimi tərəfindən sabah təşkil ediləcək “Bayraq yürüşü”nü təxribatçı və təhlükəli addım kimi xarakterizə edib.

İslami Cihad işğal altındakı bütün Fələstin şəhərlərindəki, kəndlərindəki və qaçqın düşərgələrindəki fələstinliləri sionistlərin ehtimal olunan hücumlarına qarşı ümumi səfərbərliyə çağrıb.

Hər il Beynəlxalq Qüds günü ətrafında sionist rejim yüz minlərlə ekstremist sionist məskunlaşanı toplayır və böyük yürüş keçirir. Sionistlər Babul Amud və Qüdsün köhnə məhəllələrini keçərək Əl-Əqsa məscidinin həyətlərinə çatır və daha sonra fələstinlilərin Qüdsdən qovulmasını tələb edərək “Bayraq rəqsi” adlı proqramı icra edir.

Sionist təşkilatlarının 10 iyunda keçirməyi planlaşdırdığı təxribatçı “Bayraq yürüşü” gərginlik və rejimin yeni müharibə riskini ala bilməməsi səbəbi ilə ləğv edilmişdi. /Deyerler/