0
Saturday 19 June 2021 - 20:21

Rusiya, Azərbaycan, Türkiyə və s. ölkə prezidentləri İbrahim Rəisini təbrik edib

Story Code : 938957
Rusiya, Azərbaycan, Türkiyə və s. ölkə prezidentləri İbrahim Rəisini təbrik edib
Ötən gün İranda baş tutan prezident seçkilərində 18 milyona yaxın səs toplayan və əzmlə qələbə qazanan İbrahim Rəisiyə təbrik məktubları gəlməkdə davam edib.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev İbrahim Rəisini təbrik edərək, Azərbaycanın qonşu, qardaş İranla münasibətlərə xüsusi əhəmiyyət verdiyini söyləyib.

Qeyd edək ki, İran prezidentini Türkiyə, Rusiya, İraq prezidentləri, Küveyt əmiri, Qətər əmiri, Oman sultanı və digər ölkə rəhbərləri təbrik edib və yeni prezidentin səlahiyyət dövründə bu ölkə ilə münasibətlərin daha da dərinləşəcəyinə ümid etdiklərini bildiriblər.