0
Tuesday 3 August 2021 - 23:49

Pompeo İran və Çinlə düşmənçiliyi artırmaq ardıncadır

Story Code : 946682
Pompeo İran və Çinlə düşmənçiliyi artırmaq ardıncadır
Donald Tramp administrasiyası dövründə ABŞ dövlət katibi olmuş Mayk Pompeo, İranla nüvə anlaşmasının bərpası məqsədilə keçirilən Vyana danışıqlarına son qoyulmasını istəyib. Pompeo Oman dənizində bir İsrail gəmisinə hücum edildiyini bəhanə gətirərək və bu hücumda İranı müqəssir bilərək, rəsmi Tehrana qarşı fikirlər səsləndirib.

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo, İsrailin, İngiltərənin, ABŞ-ın və onlarla müttəfiq olan digər ölkələrin Oman dənizində İsrailin "Mercer Street" gəmisinə hücumula bağlı irəli sürdüyü əsassız iddialara münasibət bildirib.

Pompeo Fox News-a verdiyi müsahibədə, Baydendən İranla Vyanada aparılan danışıqlara xitam verməsini istəyib.