0
Tuesday 10 August 2021 - 01:22

11 sentyabr hadisələri ilə bağlı gizli məlumatlar araşdırılacaq

Story Code : 947672
11 sentyabr hadisələri ilə bağlı gizli məlumatlar araşdırılacaq
Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin yaydığı bəyanatda qeyd olunub.

ABŞ Prezidenti bildirib ki, onun adminstrasiyası qanun çərçivəsində maksimum şəffaflığı təmin edəcək.

Bayden prezident seçkilərində namizəd olduğu zaman bu mövzuda mümkün qədər çox məlumat açıqlayacağına söz vermişdi. Ancaq hələ də bu vədini yerinə yetirməyib.

Xatırladaq ki, 11 sentyabr 2001-ci ildə Əl-Qaidə terror qruplaşmasının 19 üzvü ABŞ-da 4 sərnişin təyyarəsini qaçıraraq onlardan ikisini Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin qüllələrinə, digərini isə Pentaqonun binasına çırpdığı iddia edilir. Hücum nəticəsində 2977 nəfər həlak olub.

 
Related Stories