Pentaqon: Əfqanıstandan insanları təxliyə edən təyyarələr təhlükə altındadır
Story Code : 950048
APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığının (TRANSCOM) rəhbəri, general Stiv Layons Pentaqonda keçirdiyi brifinqdə bildirib.
“Bu, ciddi bir təhdiddir. Mən təfərrüatlara varmaq istəməzdim”, - S.Layons Kabilə gələn və şəhərdən ayrılan ABŞ hərbi nəqliyyat təyyarələrini nəyin təhdid edə biləcəyi ilə bağlı sualın cavabında belə deyib.
Onun sözlərinə görə, TRANSCOM mümkün təhdidləri müəyyən etmək üçün ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ilə daim əlaqə saxlayır: “Əminəm ki, bunların qarşısını almaq üçün bütün lazımi tədbirləri görürük”.