0
Thursday 2 September 2021 - 16:36

Əl-Əxbar: İran gəmisi Suriya sularına daxil olub

Story Code : 951808
Əl-Əxbar: İran gəmisi Suriya sularına daxil olub
"Əl-Əxbar" qəzeti bugünki sayında yazıb ki, Livan üçün yanacaq daşıyan İran gəmisi ötən gün Suriya sularına daxil olub.

Məlumata görə, gəmi yüklərini Suriya limanında boşaldacaq. Daha sonra yanacaq tankerlər vasitəsi ilə Suriyadan Livana nəql olunacaq.

Əl-Əxbar əlavə edib ki, Livan Hizbullahı gəminin yükünün bir hissəsini dövlət xəstəxanalarına və bu kimi mərkəzlərə bağışlayacaq. Daha sonra özəl şirkətlər yanacağın müxtəlif təşkilatlara və elektrik generatorlarına satış prosesini öz öhdəsinə götürəcək.

Qeyd edək ki, İrandan Livana neft danışyan digər iki gəminin də eyni yolla yükünü təhvil verəcəyi bildirilir.