0
Saturday 4 September 2021 - 20:34

Qahirədə keçirilən üçtərəfli sammitdə Fələstin hüquqları dəstəklənib

Story Code : 952152
Qahirədə keçirilən üçtərəfli sammitdə Fələstin hüquqları dəstəklənib
Fələstin, Misir, İordaniya Qahirədə keçirdiyi üçtərəfli görüşündə sionist rejimin hərəkətlərinə qarşı çıxaraq, fələstinlilərin hüquqlarının qorunmasının vacibliyini vurğulayıb. Sammit Fələstin Milli İdarəsi, Misir prezidenti Əbdülfəttah əs-Sisi və İordaniya kralı II Abdullahın iştirakı ilə Qahirədə keçirilib.

İştirakçılar barışığın strateji seçim olduğunu, regional və beynəlxalq sülh, həmçinin təhlükəsizlik üçün zəruri bir addım olduğunu vurğulayıb. Zirvənin yekun bəyanatında Fələstin məsələsinin mərkəzi rolu Fələstin xalqının və qanuni hüquqlarının qorunması və ən əsası müstəqil dövlətin qurulması vurğulanıb. Bu görüşdə İsrail rejiminin qanunsuz qəsəbə tikintisi, torpaqların müsadirə edilməsi, evlərin sökülməsi və fələstinlilərin məcburi köçürülməsi daxil olmaqla, qanunsuz hərəkətlərinə qarşı çıxışlar edilib. İştirakçılar həmçinin Qüds şəhərinin, İslam və xristian ziyarətgahlarının hüquqi və tarixi statusunun qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Bildirildiyi kimi, ABŞ İsrail rejiminin işğalının və məzlum Fələstin xalqına qarşı cinayətlərin əsas dəstəkçisidir.

Qeyd edək ki, ABŞ-ın İsrail rejiminə verdiyi geniş hərbi və maliyyə yardımı məzlum Fələstin xalqını işğal etmək və yatırmaq üçün istifadə olunur. /Deyerler/