0
Sunday 5 September 2021 - 18:21

Sionistlər ilin əvvəlindən bu günədək 1000 fələstinli uşağı həbs edib

Story Code : 952299
Sionistlər ilin əvvəlindən bu günədək 1000 fələstinli uşağı həbs edib
"Fələstinli Əsirlərlə bağlı Tədqiqat Mərkəzi" aylıq hesabatında bildirib ki, avqust ayında 33-ü uşaq və 9-u qadın olmaqla 310 fələstinli sionistlər tərəfindən saxlanılıb.

Məlumata görə, yeni ilin əvvəlindən indiyədək 1000 fələstinli uşaq saxlanılıb, onlardan 230-u hələ də əsirlikdədir.

"Əl-Qüds Əl-Ərəbi" qəzetinin yazdığına görə, hesabatda qeyd olunur ki, işğal olunmuş Qüdsdə işğalçı İsrail rejiminin siyasətlərinə qarşı çıxanların saxlanılması ötən ay da davam etdirilib. Saxlanılanlardan üçdə biri (115 nəfəri) Qüds şəhəri sakinidir.