Axar.az xəbər verir ki, sənəd FTB-nin saytında yerləşdirilib.
Məxfilikdən çıxarılmış sənəd 2016-cı ilə aiddir.
16 səhifədən ibarət olan sənəd Səudiyyə Ərəbistanının Los-Ancelesdəki konsulluğunda işləyən, daha sonra Amerika vətəndaşlığı almaq istəyən bir şəxsin ifadəsinə əsaslanır. Mənbənin adı məxfilik səbəbindən silinib.
Hesabat 11 sentyabr 2001-ci ildə sərnişin təyyarələrinin qaçırılmasında iştirak edən terrorçulara əhəmiyyətli maddi-texniki dəstək verə biləcək insanlarla bu şəxsin təmaslarına aiddir.