Xətibzadə İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanın BMT Baş Assambleyasının iclasına qatılmaq üçün sabah Nyu-Yorka gedəcəyini və fərqli qitələrdən gələn xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirəcəyini bildirib.
Xətibzadə BMT Baş Assambleyasının iclasında İran nümayəndə heyəti ilə ABŞ nümayəndə heyəti arasında görüş planının olub-olmayacağı sualına "yox" cavabı verib. /Eastnews/