0
Monday 27 September 2021 - 00:48

Suriyada silahlılar 15 müəllimi qaçırıblar

Story Code : 955901
Suriyada silahlılar 15 müəllimi qaçırıblar
APA xəbər verir ki, bu barədə Suriyanın “SANA” agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, SDQ döyüşçüləri Kamışlı şəhərinin bir neçə yaşayış massivinə basqın edərək 15 məktəb müəllimini şəhərdə tətbiq olunan komendant saatını pozduqları bəhanəsi ilə naməlum istiqamətə aparıblar.

Qeyd edək ki, kürd silahlı birləşmələri ABŞ ordusunun dəstəyi ilə Əl-Haseke və Rəqqa əyalətlərinin əksəriyyətinə, həmçinin Hələb və Deyr-əz-Zor əyalətlərində bəzi yaşayış məntəqələrinə nəzarət edir.