0
Wednesday 13 October 2021 - 07:11

ÜST: Afrikada yenidən vaksinasiya mümkün deyil

Story Code : 958458
ÜST: Afrikada yenidən vaksinasiya mümkün deyil
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Beynəlxalq Valyuta Fondu və Dünya Bankının ev sahibliyi ilə keçirilən onlayn tədbirdə bildirib.

"Dünyada 6,5 milyard doza peyvənd istifadə edilib. Amma Afrika ölkələri 1,2 milyard insan üçün cəmi 166 milyon peyvənd alıb. Bu baxımdan Afrikada yenidən vaksinasiya üçün dərman yoxdur", - Qebreyesus deyib.

ÜST rəhbəri vurğulayıb ki, dünya dövlətlərinin Afrikaya bir doza vermədikləri halda pandemiyaya son qoymaq mümkün deyil.