Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü keçirilir
Story Code : 958491
APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında keçirilən görüş dini liderlərin Cənubi Qafqazda sülhməramlı missiyasına həsr olunub.
Koronavirus pandemiyasına görə dini liderlərin üçtərəfli görüşü mətbuatın iştirakı olmadan keçirilir.
Qeyd edək ki, ötən gün Patriarx Kirill ayrı-ayrılıqda Allahşükür Paşazadə və II Qareginlə görüşüb.
Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin sonuncu üçtərəfli görüşü 2017-ci ilin sentyabrın 8-də Moskvada keçirilib.