0
Thursday 14 October 2021 - 14:56

İran sionist rejimin mümkün axmaq addımı ilə bağlı xəbərdarlıq etdi

Story Code : 958688
İran sionist rejimin mümkün axmaq addımı ilə bağlı xəbərdarlıq etdi
İran İslam Respublikasının Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Məcid Taxt Rəvançi Təhlükəsizlik Şurasının sədrinə, sionist rejimin İrana, həmçinin bu ölkənin nüvə sənayelərinə qarşı mümkün axmaq hərbi addımı ilə bağlı xəbərdarlıq məktubu ünvanlayıb.

Məcid Taxt Rəvançinin Sionist rejimin son təhdidlərinə cavab olaraq hazırkı Təhlükəsizlik Şurası sədrinə göndərdiyi məktubda deyilir:

“Ötən aylar ərzində İsrail rejiminin təxribatçı və macəraçı təhdidlərinin sayı və intensivliyi durmadan artaraq xəbərdarlıq edici həddə çatıb. Onların son addımı sionist rejim ordusunun Baş Qərargah rəisi Aviv Kuxavi tərəfindən atıldı. O təhdid edərək bildirib ki, "İranın nüvə proqramına qarşı əməliyyat planları genişləndirilir. İranın müxtəlif sahələrdəki imkanlarını məhv etmək əməliyyatları hər an davam edəcək."

İran sionist rejimin məhz bu təhdidindən sonra bildirib ki, İsrail ağlını başına toplasın və onların macəra ardınca olmaları, sionist rejim üçün ağıllarına belə gəlməyəcək nəticə ilə sonuclana bilər.
Related Stories