Son günlər ölkədə gərginləşən İran-Azərbaycan münasibətləri fonunda həbslərin aktivliyi diqqət çəkir. Ötən günün davamı olaraq bu saatlarda daha iki inanclı saxlanılıb. Bu barədə Operativ.tv-yə saxlanılan şəxslərin ailə üzvüləri xəbər verib. Belə ki, bu gün təxminən saat 20:00-radələrində inanclı Səlimov Səbuhi Yunis oğlunun evinə Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları axtarışa gəlib. Axtarışlardan sonra Səlimov Səbuhi ilə yanaşı kürəkəni Məmmədrzayev Məmmədrza Firdovsi oğlu da DTX tərəfindən saxlanılıb. Ailə üzvülərinin məlumatına görə 30-a yaxın maskalı əməlyyatçılar evdə axtarış aparmış, kampüter, telefonlar, kitablarda daxil bəzi əşyaları götürmüşlər.