0
Thursday 28 October 2021 - 17:26

Ermənistan prezidenti Səudiyyə və BƏƏ vəliəhdləri ilə görüşdən yazdı

Story Code : 960879
Ermənistan prezidenti Səudiyyə və BƏƏ vəliəhdləri ilə görüşdən yazdı
Ermənistan prezidenti Armen Sarkisyan öz Tvitter hesabında Səudiyyə Ərəbistanına ilk səfəri çərçivəsində çərşənbə günü Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşündən yazıb.

Son dönəmlərdə Azərbaycan və Türkiyə ilə gərginliklər yaşayan Ermənistanın, Türkiyə ilə bir sıra problemlər yaşayan Səudiyyə Ərəbistanına səfər zamanı təmtəraqla qarşılanması dünya mətbuatında geniş müzakirə olunub.

Bundan əlavə BƏƏ-nin rəsmi xəbər agentliyi (Wam) Ermənistan prezidentinin Birləşmiş Ərəb Əmirliyi vəliəhdi Məhəmməd bin Zayedlə də görüşdüyünü bildirib.

BƏƏ-nin rəsmi xəbər agentliyinin məlumatına görə, tərəflər iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, regional məsələləri də müzakirə ediblər.
Related Stories