Daha iki dövlət məzlum Yəmən xalqına dəstək çıxan səfirləri XİN-ə çağırdı
Story Code : 961151
SalamNews xəbər verir ki, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri Livanın bu ölkələrdə olan səfirlərini XİN-ə çağıraraq etirazını bildiriblər.
Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı və Bəhreyn də Livanda olan səfirlərini geri çağırıblar, eləcə də Livanın səfirlərindən krallıqların ərazisini iki günə tərk etməsini tələb ediblər.
Xatırladaq ki, bu gərginlik Livanın Media məsələləri üzrə naziri Corc Qardahinin Səudiyyə Ərəbistanı koalisiyasının Yəmən siyasətini tənqid etməsindən sonra baş verib. C.Qardahi burada bildirib ki, Yəmən intensiv şəkildə bombalanır, husilər özlərini müdafiə edir və Yəmən müharibəsi əbəs yerə aparılır.