0
Sunday 7 November 2021 - 14:32

Iran ordusunun «Zülfüqar-1400» birgə hərbi təlimləri başlanıb

Story Code : 962457
Iran ordusunun «Zülfüqar-1400» birgə hərbi təlimləri başlanıb

SəhərAzəri-nin məlumatına əsasən, «Zülfüqar-1400» birgə hərbi təlimlərinin əsas mərhələləri bu gün müqəddəs «Ya, Rəsulallah(s.ə.s.) adı ilə İranın cənubunda yerləşən Məkran sahillərində başlanıb. Hərbi təlimlərdə ordunun hava qüvvələrinin qırıcıları və PUA-larının himayəsilə dəniz qüvvələrinin suüstü və sualtı qayıqları, hava hücumundan müdafiə qüvvələrinin zenit sistemləri, quru qoşunlarının mexanikləşdirilmiş, zirehli və piyada bölmələri iştirak edirlər.
«Zülfüqar-1400» birgə hərbi təlimlərinin sözçüsü kontr-admiral Seyid Mahmud Musəvi belə deyib: Hücumçu qüvvələrin anti-elektron, siqnal və elektron informasiyaların toplanması əməliyyatı sahil və taktika bölmələrinin istiqaməttapıcı və dinləmə sistemlərindən istifadə, həmçinin İran istehsalı olan Əbabil-3, Yəsir, Sadiq, Mühacir-4 və Simurq kəşfiyyat pilotsuzları, eləcə də RF-4, P3F və Boeing-707-ə şamil olan kəşfiyyat təyyarələri ilə uğurla həyata keçirilib.
Kontr-admiral Musəvi sonra belə söyləyib: Hava patrulu əməliyyatı və düşmən hədəfləri ilə mübarizə üçün hava hücumundan müdafiə sistemlərinin atəşinin yerinə yetirilməsi və İranın cənub sularında hərbi təlimlərin ümumi bölgəsi və ölkənin hava məkanının izlənilməsi «Zülfüqar-1400» birgə hərbi təlimlərində məşq ediləcək ssenarilərin digər bir hissəsi olacaq.
Kontr-admiral Musəvi region ölkələrinin birliyi və bacarıqlarına söykənməklə Qərbi Asiya bölgəsində təhlükəsizliyin bərqərarını real adlandırıb və belə deyib: Ordunun «Zülfüqar-1400» birgə hərbi təlimlərinin region ölkələrinə olan mesajı, regiondaxili imkanlara söykənməklə sülh və dostluğun bərqərarı üçün hazırlıqdır, zira tarix sübut edibdir ki, digər regionaşırı ölkələr əmin-amansızlıq yaradan və militarist oyunçular olublar və onlar Qərbi Asiya bölgəsi üçün əmin-amansızlıq, müharibə və işğaldan savayı heç bir digər müjdə gətirməyiblər.
 
Source : Sahartv
Tagged
manevr Iran
Comment