0
Tuesday 23 November 2021 - 17:43

Keçmiş Sudan rəsmisi: İsrail və Misir Sudandakı çevrilişi dəstəklədi

Story Code : 965065
Keçmiş Sudan rəsmisi: İsrail və Misir Sudandakı çevrilişi dəstəklədi
Sudanın sabiq hökumətində XİN başçısı olmuş Məryəm əl-Mehdi əlavə edib ki, dünyanın əksər dövlətləri Sudandakı hərbi çevrilişi pisləyib. Hətta Misir, İsrail kimi çevrilişə dəstək verən dövlətlər belə bu mövzu ilə bağlı susa bilmədilər və nəhayət Misir strateji danışıqlar zamanı Sudandakı çevriliş səbəbindən təəssüf hissi keçirdiyini iddia etmək məcburiyyətində qaldı.

"Əl-Məyadin"-in məlumatına görə, Sudanın keçmiş xarici işlər naziri həmçinin bildirib:

“Ordu komandanı Əbdülfəttah əl-Burhan və baş nazir Abdullah Həmduk arasında yeni razılaşma qəbuledilməz bir geriyə dönüşdür! Orduya etimad yoxdur. Onlar çevrilişin lehinə hərəkət edir və gəncliyin tələblərinə və inqilab zamanı edilən fədakarlıqlara əhəmiyyət vermir".
Related Stories