0
Wednesday 24 November 2021 - 23:18

ABŞ İranın ballistik raketlərinin yüksək dəqiqliyindən danışdı

Story Code : 965301
ABŞ İranın ballistik raketlərinin yüksək dəqiqliyindən danışdı
Əl-Cəzirə telekanalının məlumatına görə, Qərbi Asiya regionunda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri olan general Kennet Makkenzi “Time” jurnalına müsahibəsində İran İslam Respublikasının raketlərinin nələrə qadir olduğundan danışaraq, bu raketlərin hədəfləri vurmaqda yüksək dəqiqliyə sahib olduğunu etiraf edib.

Kennet Makkenzi əsassız ittihamlarının, hədə-qorxularının əvvəlində İran xalqını müharibə ilə hədələyərək iddia edib ki, onun tabeliyində olan qüvvələr İranla danışıqların nəticə verməyəcəyi təqdirdə hərbi variantdan istifadə etməyə hazırdır.

Qeyd edək ki, Kennet Makkenzi İrana hədə-qorxu gəlməklə yanaşı İslam Respublikasının raketlərinin nələrə qadir olmasını da etiraf edib:

"İran sübut etdi ki, raketləri hədəfləri yüksək dəqiqliklə vura bilir. Onlar son 5 ildə ballistik raketlərlə zərbə endirmək üçün ehtiyac duyulan bütün digər köməkçi vasitələri də istehsal edərək, ordunun ixtiyarına verib.
Related Stories