0
Thursday 25 November 2021 - 07:51

Peskov: “Yeni peyvəndi Putin öz üzərində sınaqdan keçirib"

Story Code : 965319
Peskov: “Yeni peyvəndi Putin öz üzərində sınaqdan keçirib"
APA xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, Putin “Sputnik Light” peyvəndi ilə revaksinasiyadan bir gün sonra burun peyvəndindən istifadə edib: "Heç bir əlavə təsiri olmayıb. Prosedurdan sonra dövlət başçısının temperaturu da olmayıb”.

Qeyd edək ki, bundan əvvəl Putin hökumət üzvləri ilə görüşü zamanı koronavirusa qarşı burun peyvəndini toz şəklində sınaqdan keçirdiyini bildirmişdi.