0
Thursday 25 November 2021 - 16:37

İran nüvə təsisatlarına qarşı hücumların MAQATE tərəfindən lazımi şəkildə pislənilməsini tələb edib

Story Code : 965429
İran nüvə təsisatlarına qarşı hücumların MAQATE tərəfindən lazımi şəkildə pislənilməsini tələb edib
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki rəsmi nümayəndəsi Məhəmməd Qaibi deyib.

O son çıxışında beynəlxalq təşkilatdan İranda nüvə təsisatlarına qarşı həyata keçirilmiş təxribat addımlarını məhkum etməyi və bu terror hücumlarının pisləməsini tələb edib.

Qeyd edək ki, İranın Nətənz nüvə obyekti son iki ildə iki dəfə, Kərəcdə bir obyek isə bir dəfə partlayış və yanğına məruz qalıb. Eləcə də ötən il İranın nüvə alimi Möhsen Fəxrizadə terrora məruz qalıb.

Xatırladaq ki, ABŞ, dünya ictimaiyyətinin 2015-ci ildə İranla əldə etdiyi nüvə sazişindən birtərəfli şəkildə çıxandan sonra İrana qarşı sərt sanksiyalara başlayıb. Sazişdə qalan Avropa dövlətləri neftin satışı və maliyyə köçürmələrilə bağlı İrana verdikləri vədə əməl edə bilmədikdən sonra rəsmi Tehran da sazişdə olan öhdəliklərini tədricən azaltmağa başlayıb. Ötən ildə İranın Nətənz nüvə obyektinə qarşı təxribat və bir nüvə aliminin terror edilməsindən sonra İran sazişdə olan öhdəliklərini daha da azaldıb və uranın 60 faiz dərəcəsində zənginləşdirilməsi işlərinə başlayacağını, nüvə obyektlərində olan kameraların çəkilişlərini məhdudlaşdırdığını və sair addımları atdığını bildirib.
Related Stories