0
Tuesday 30 November 2021 - 12:20

ABŞ-ın müdafiə naziri iki ildən sonra 64 mülki şəxsin ölümünə səbəb olan aviazərbələrə reaksiya verib

Story Code : 966153
ABŞ-ın müdafiə naziri iki ildən sonra 64 mülki şəxsin ölümünə səbəb olan aviazərbələrə reaksiya verib
SalamNews CNN-ə istinadla xəbər verir ki, ABŞ müdafiə naziri Lloyd Austin Dirazzura endirilmiş və 64 nəfərin ölümü ilə nəticələnmiş hava zərbələrinin araşdırılması haqda göstəriş verib.

Qeyd edək ki, New-York Times qəzeti cari ayın 14-də sözügedən hava zərbələri barədə iki ildir gizlədilən məlumatı yayımlayıb.

Qəzet bildirib ki, ABŞ Ordusu 2019-cu ilin mart ayında Suriyanın Dirazzur əyalətinin əl-Bağuz kəndi ərazisində endirilən hava zərbəsi haqda sükut edir.

Mənbə əlavə edib ki, bu hücumda azı yetmiş mülki şəxs həyatını itirib. Bəzi mənbələr 64 qadın və uşağın öldüyünü deyiblər.