0
Wednesday 1 December 2021 - 13:30

Ağ Ev: Vyana danışıqlarını qiymətləndirmək çətindir

Story Code : 966377
Ağ Ev: Vyana danışıqlarını qiymətləndirmək çətindir
Ağ Ev sözçüsü İrana qarşı sanksiyaların aradan qaldırılması məqsədi ilə bu həftə bazar ertəsi başlayan Vyana danışıqlarını qiymətləndirməyin çətin olduğunu deyib.
Bu sözləri Ağ Evin sözçüsü Cen Saki ABŞ-ın danışıqların müsbət ab-havası ilə razılaşıb-razılaşmaması ilə bağlı suala cavab verərkən deyib.
Bu arada adının çəkilməsini istəməyən avropalı diplomatlar çərşənbə axşamı "Reuters" agentliyinə bildiriblər ki, onlar İran nümayəndələri ilə dünənki görüşdə (Vyanada sanksiyaların ləğvi ilə bağlı danışıqlarda) əsas məsələlərin həllini gözləyirlər. Diplomatlar bildiriblər ki, indiyədək sazişin mətninin hazırlanması prosesinin 70-80 faizi başa çatıb.
Diplomatlar iddia ediblər ki, Avropa tərəfi hələ də İran komandasından danışıqları iyun ayında (keçmiş İran hökumətində danışıqların altıncı raundu) son nöqtəsindən bərpa edə biləcəkləri ilə bağlı cavab gözləyir. /Eastnews/