Bəhreyndə insan haqları pozuntuları BMT-ni hərəkətə keçirdi
Story Code : 966496
Əl-Qüds Əl-Ərəbinin verdiyi məlumata görə, bəzi müfəttişlərin Bəhreyndə ciddi insan haqları pozuntularının baş verdiyi barədə BMT-nin İnsan Haqları Komitəsinə məlumat verməsindən sonra BMT bir qrup müfəttişini Bəhreynə göndərəcəyini açıqlayıb.
BMT-nin təyin etdiyi qrupa məhkəmədənkənar və özbaşına edamlar üzrə xüsusi məruzəçi başçılıq edəcək.
Birləşmiş Millətlər Təşkilatına göndərilən hesabatda Ali Xəlifə rejimində saxlanılan məhbusların işgəncələrə məruz qaldığı onlarla qeyri-insani rəftar edildiyi və bu ölkədə son dövrlərdə insan haqlarının pozulması hallarının pik həddə çatdığı bildirilir.