Yəmənin Ali İnqilab Komitəsinin rəhbəri və Ənsarullah hərəkatının yüksək rütbəli üzvü Tvitter hesabında Səudiyyə Ərəbistanının sülh təşəbbüsünün “primitiv və qeyri-real” olduğunu bildirib.
O yazıb: "Bizim təşəbbüsümüz Səudiyyə Ərəbistanı ilə danışıqlar sonrası gəlinən nəticə yox, Yəmən xalqı üçün atdığımız addım idi. Səudiyyə Ərəbistanı bəzən uğursuz əməliyyatlarının dağıntıları altında, bəzən də qeyri-real tələbləri arasında çırpınaraq, çarəsiz vəziyyətdə qalır."
Əl-Husi əlavə edib: “Mərib şəhərində baş verənlər, ölkəmiz naminə, təcavüzə son qoyulması, mühasirənin aradan qaldırılması, xalqın mənafeyinin nəzərə alınması üçün idi. Bu müharibə Səudiyyə Ərəbistanı üçün dağıdıcı oldu.”