0
Sunday 12 December 2021 - 01:35

Ərdoğan bu foto ilə ABŞ-a cavab verdi

Story Code : 968079
Ərdoğan bu foto ilə ABŞ-a cavab verdi
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü qeyd edib. O bildirib ki, bu görüşü diqqətçəkən edən onun vaxtı və görüşdə xüsusi mesajın verilməsi idi:

“Türkiyə Prezidentinin başı üzərində Peyğəmbər Əhli-Beytinə böyük sevginin ifadə olunduğu məşhur kəlmələrin yer aldığı fotonun asılması həm də o demək idi ki, Türkiyə və İran onları yaxınlaşdıracaq ortaq nöqtəni və əsas bağı tapmaqla, əsrlərdir Qərbin islam dünyasını parçalamaq üçün istifadə etdiyi məzhəbçi düşüncəyə də birgə son verə bilərlər.

Allahın öz nemətlərini əsirgəmədiyi islam coğrafiyasının xilası, nicatı da elə məhz bundadır – müsəlman ölkələrinin bir araya gəlməsində, aralarındakı təfriqələrə son verilməsində və məzhəbçi düşüncədən imtinada!

Bu, həm də böyük İslam Peyğəmbərinin gerçək müsəlmanlara tövsiyəsinə, vəsiyyətinə, əmanətinə sahib çıxmaqdır: “Ey müsəlmanlar! Özümdən sonra sizə iki qiymətli əmanət qoyuram – “Quran” və “Əhli-Beyt”. Onlara möhkəm sarılın ki, yolunuzu azmayasınız!”