0
Wednesday 15 December 2021 - 12:33

HƏMAS Qəzzada hərbi təlimlərə başlayıb

Story Code : 968618
HƏMAS Qəzzada hərbi təlimlərə başlayıb
SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, HƏMAS bu gün Qəzzada “Qüdsün Qalxanı” adlı hərbi təlimlərə start verib.

Məlumata görə HƏMAS bu hərbi təlimlərdə bir neçə yeni silahı, eləcə də “İsrail hərbçilərinin əsir götürülməsi”ni sınaqdan keçirəcək və nümayiş etdirəcək.

HƏMAS-ın hərbi qanadı bəyanat yayaraq, təlimlərin adından göründüyü kimi Qüds şəhəri ilə bağlı İsrail tərəfinə xəbərdarlıq etdiyini bildirib.

Qeyd edək ki, ötən may ayında İsrail ilə Qəzza arasında baş verən iki həftəlik döyüşlər də məhz Qüds şəhərində əl-Əqsa məscidinə basqın edilməsi və şəhərdə fələstinlilərin əl-Cərrah kvartalından məcburi şəkildə çıxarılması qərarından sonra baş vermişdi.