0
Wednesday 22 December 2021 - 12:36

Kirbi: Rusiya müdafiə nazirinin açıqlamaları düzgün deyil

Story Code : 969718
Kirbi: Rusiya müdafiə nazirinin açıqlamaları düzgün deyil
Pentaqonun sözçüsü Con Kirbi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ukraynanın Donetsk bölgəsində yerləşən ABŞ özəl hərbi şirkətlərinin kimyəvi maddələrdən istifadə edərək təxribat xarakterli hərəkətə keçməyə hazırlaşdığını dediyini iddia edib.

Kirbi bildirib ki, Şoyqunun verdiyi açıqlamalar tamamilə yalandır.

Sergey Şoyqu təxribat üçün naməlum kimyəvi maddələr daşıyan konteynerlərin Audioka və Krasnı liman şəhərlərinə daşındığını elan edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ-ın özəl hərbi şirkətlərinin təxminən 120 əməkdaşı Donetsk vilayətində Ukrayna xüsusi təyinatlılarına təlim keçir. /Eastnews/