0
Wednesday 29 December 2021 - 23:55

Husilər Yəməndə əl-Couf əyalətinin böyük əksəriyyətini nəzarətə götürdüklərini elan ediblər

Story Code : 971032
Husilər Yəməndə əl-Couf əyalətinin böyük əksəriyyətini nəzarətə götürdüklərini elan ediblər
SalamNews xəbər verir ki, bunu mərkəzi qərargahları paytaxt Səna şəhərində yerləşən “Yəmən Silahlı Qüvvələri”nin (husilər) mətbuat katibi Yəhya Səri tvitter səhifəsi vasitəsilə elan edib.

Bildirilib ki, əl-Couf əyalətinin böyük əksəriyyəti “Fəcrus-Səhra” əməliyyatı çərçivəsində Səudiyyə Ərəbistanı hərbi koalisiyasının və onun dəstəklədiyi qüvvələrdən geri alınıb.

Əlavə edilib ki, bu əməliyyat çərçivəsində ümumilikdə 1,200 kvadrat km ərazi nəzarətə götürülüb.

Husilərin sözçüsü əlavə edib ki, onlar bu əməliyyatda qarşı tərəfdən 45 döyüşçünü əsir götürüblər.

Qeyd edək ki, Yəməndə daxili qarşıdurma Səudiyyə Ərəbistanı hərbi koalisiyasının 2015-ci ildə hərbi müdaxiləsindən sonra daha da şiddətlənib.