0
Sunday 2 January 2022 - 23:58

Azərbaycan hərbçisi Kəlbəcərdə minaya düşüb - RƏSMİ

Story Code : 971712
Azərbaycan hərbçisi Kəlbəcərdə minaya düşüb - RƏSMİ
Yanvarın 2-də Kəlbəcər rayonunun Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Eyniyev Yusif Süleyman oğlu xəsarət alıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əsgər Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib. Faktla bağlı araşdırma aparılır.