Jurnalistlər Makronun mətbuat konfransını boykot ediblər
Story Code : 974630
“Makronun Avropa Parlamentindəki çıxışından sonra baş tutmalı olan mətbuat konfransı sualsız bəyanata çevrildi. Avropalı jurnalistlər etiraz əlaməti olaraq mətbuat konfransı başlamazdan əvvəl zalı tərk etdilər”, - agentliyin müxbiri bildirib.
Fransanın “CNews” portalının jurnalisti Lois Siqnor “Twitter” hesabında yazıb ki, media nümayəndələri bir neçə saatdır ki, suallar vermək üçün Makronun görünməsini gözləyirlər.