0
Wednesday 26 January 2022 - 10:56

Bayden hədələdi: Putinə qarşı şəxsi sanksiyalar verilə bilər

Story Code : 975643
Bayden hədələdi: Putinə qarşı şəxsi sanksiyalar verilə bilər
Vaşinqtonda jurnalistlər Ağ Ev rəhbərindən "Ukrayna Rusiya qüvvələri tərəfindən işğal olunarsa, Putinə qarşı şəxsi sanksiyaların tətbiqi imkanı"nı görüb-görmədiyi soruşulub.

"Bəli", - Bayden cavab verib: "Mən bunu görürəm".

“Mən çoxdan prezident Putinə açıqladım ki, o, Ukraynaya müdaxiləyə keçərsə, ciddi nəticələr, o cümlədən mühüm iqtisadi sanksiyalar olacaq və mən həmçinin NATO-nun şərq cinahında - Polşa, Rumıniyada mövcudluğumuzu artırmağı zəruri hesab edəcəyəm”, - Amerika lideri bildirib.
 
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov CNN telekanalına müsahibəsində ABŞ-da Rusiya rəhbərliyinə qarşı təklif olunan sanksiyaların iki ölkə arasında münasibətlərin dayandırılmasına səbəb ola biləcəyini bildirmişdi.