0
Friday 9 September 2011 - 23:27

İsrailin casus yuvasına hücum

Story Code : 97602
İsrailin casus yuvasına hücum
İsrailin casus yuvasına hücum
"IslamTimes" xəbər verir ki, dünyanın bütün ölkələrində, o cümlədən müsəlman ölkələrində İsrailə məxsus səfirlik və diplomatik korpus əsasən casusluq fəaliyyəti ilə məşğuldur. Artıq bu bütün dünyaya sübuta yetib. Hansı ölkədə çaxnaşma yaranırsa, burada hökmən İsrail səfirliyinin əli var. Misirdə isə əksinə olub. Özlərini İsraildəki kimi hiss edən yəhudi diplomatlar Misirdəki çevrilişdən şoka düşüb.

9 sentyabrda axşam vaxtı Qahirə əhalisi İsrail səfirliyinə hücum edib. Misir hökuməti kütləvi aksiyalar başlayan zaman səfirliyi 2,5 metr hündürlükdə beton divarlarla əhatəyə alıb. Müxbirlər xəbər verir ki, ağır çəkiclərlə silahlanmış əhali beton divarları dağıdıb. Polis və ordu hadisələri kənardan müşahidə edib. Aksiyaçılar İsrail xüsusi xidmət orqanlarının 5 Misir vətəndaşını qətlə yetirməsinə etiraz edir.

Səfirliyə hücum edənlər səfirlik binasından İsrailin bayrağını çıxarıb, yerinə Misirin bayrağını taxıb.
Related Stories
Comment