0
Saturday 29 January 2022 - 00:01

Pentaqon: “ABŞ Ukraynaya qoşun göndərməyəcək”

Story Code : 976082
Pentaqon: “ABŞ Ukraynaya qoşun göndərməyəcək”
APA-nın xəbərinə görə, bunu jurnalistlərə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

“Prezident Co Bayden aydın şəkildə deyib ki, hərbi əməliyyat məqsədi ilə Ukraynaya ordu göndərməyəcək”, deyə Ostin vurğulayıb.

Pentaqon rəhbəri Avropaya əlavə qüvvələr göndərilməsi barədə suala da münasibət bildirib: “düzünə qalsa, heç bir qoşun göndərməyəcəyik”.

Mətbuat konfransında iştirak edən Qərargah Rəisləri Komitəsinin sədri də Ostinin sözlərini təsdiqləyib.